Brend materialları

Alkospekt loqosu, rəngləri və qaydaları

Partnyorlar, mağazalar və media üçün açıq brend materialları. Aşağıdakı faylları yüklə, qaydalara uyğun işlət.

Loqo

Loqonun iki forması var: wordmark ("Alkospekt" yazısı) və simvol ("A"). Açıq fonda bənövşəyi, tünd fonda ağ variantı işlət. SVG çap və böyük ölçülər üçün, PNG veb üçündür; bütün faylların fonu şəffafdır.

Alkospekt wordmark
Alkospekt wordmark ağ
WordmarkSayt, sənəd, banner
Alkospekt simvol
Alkospekt simvol ağ
Simvol (A)Dar yer, ikon, möhür

Avatar — dairə üçün

Sosial şəbəkələrdə profil şəkli adətən dairəyə kəsilir. Bunun üçün avatar faylını işlət — loqo dairənin içində tam görünür.

Alkospekt avatar — dairə təhlükəsiz
Alkospekt avatar — bənövşəyi fonda ağ A
AvatarProfil şəkli, sosial şəbəkə
Alkospekt simvol — şəffaf, dairə təhlükəsiz
Alkospekt simvol ağ — şəffaf, dairə təhlükəsiz
Kvadrat, şəffafÖz fonunu özün seç

Rənglər

Əsas rəng — Alkospekt Bənövşəyi #7C4DFF. Açıq fonda kiçik mətn üçün tünd variant #5B21B6 işlədilir. Rəngə klik et — kod kopyalanır.

İstifadə qaydaları

Belə et

  • Rəsmi faylları dəyişmədən işlət
  • Loqo ətrafında boş sahə saxla
  • Fona görə düzgün variant seç (açıq→bənövşəyi, tünd→ağ)
  • Brend rəngini #7C4DFF saxla (doldurma: düymə, zolaq, loqo)
  • Açıq fonda kiçik mətn üçün #5B21B6 işlət

Belə etmə

  • Loqonu döndərmə, əymə, nisbətini pozma
  • Rəngini dəyişmə, effekt/kölgə əlavə etmə
  • Aşağı kontrastlı fona qoyma
  • Yenidən çəkmə və ya kəsmə

Hamısı bir arxivdə

Bütün loqo variantları (SVG + PNG) — tək .zip faylında.

Brend kitini yüklə